“Ah, bu uzun sevda yolu” yenidən səhnədə

“Ah, bu uzun sevda yolu” yenidən səhnədə
369 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” aprelin 21-də yenidən nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramdır.

Tamaşanın rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

“Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olan istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.