"O gün görüşəcəkdik, cənazəsinə getdim" - Rüfət Mehdiyevin qızı

"O gün görüşəcəkdik, cənazəsinə getdim" - Rüfət Mehdiyevin qızı
2427 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atam çox mehriban, gülərüz, mülayim insan idi, heç kimin xətrinə dəyməzdi. Heç kimlə mübahisəsi olmazdı. Bu günə kimi kimsə onun haqqında neqativ nəsə danışmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva "Retro Baku" verilişdə deyib. O, həmin gün atası ilə görüşə gedəcəyini, lakin vəfat xəbərini televiziyadan eşitdiyini açıqlayıb:

"O, rəhəmtə getməzdən bir neçə müddət əvvəl idi ki, onu görmürdüm. Həmin gün atamla görüşməli idim. O zaman litseydə oxuyurudum, dərsə də getməmişdim ki, axır ki, uzun müddətdən sonra onunla görüşəcəyəm. O vaxt "ANS" kanalında "Günəbaxan" verilişi var idi. Səhər oyandım ki, mənə çoxlu zənglər gəlib. Elə bildim ki, dərsə getməməyimlə bağlıdır. Sonra xalam zəng vurdu ki, bəs atandan xəbərin var? Söylədim ki, yox, nə olub? Dedi ki, heç nə atan xəstəxanadadır, bu gün səninlə görüşə bilməyəcək. Yataq otağımdan mətbəxə baxan pəncərə var idi. Gördüm ki, atam verilişdə oxuyur. Xalama dedim ki, ata televiziyada oxuyur, yalan xəbərdir. Bir də gördüm ki, mahnı kəsildi və dedilər ki, Rüfət Mehdiyev dünyasını dəyişib.

Səhər tezdən idi, təsəvvür edin xəbəri eşitdim, dəhşətə gəldim. Həmin an burnumdan qan açıldı. Saatlarla onu saxlamaq mümkün olmadı. Çox dəhşət idi. Mən atamdan doymadım. Uşaqlığımda da onunla çox vaxt keçirə bilmədim və tez itirdim. İndiyə qədərdə onun boşluğunu həyatımda hiss edirəm. Kaş ki, sağ olardı, yanımızda olardı. Onu sadəcə qucaqlayardım. Düzdür, valideyni hər yaşda itirəndə insana təsir edir. Biz həm ondan doymadıq, həm də qəfil itirdik. Bir var insan xəstədir, bilirsən ki, əlindən heç nə gəlmir. Amma bizdə elə olmadı. Bir gün səhər oyanırsan, atanla görüşə getməyə hazırlaşırsan və atan artıq yoxdur. Təsəvvür edin görüşmək yerinə, onun cənazəsinə gedirsən". 

Qeyd edək ki, Rüfət Meydiyev 13 il əvvəl dünyasını dəyişib.