"Kənara çəkilməyin, efirə çıxın" - Nazənin onlara səsləndi

"Kənara çəkilməyin, efirə çıxın" - Nazənin onlara səsləndi
1149 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı efirdən sənətkarlara səslənib. O, sənətçilərin verilişlərə az çıxmalarından gileylənib.

"Sənətkarlarımıza səslənirəm, meydanı vermisiniz. Aparıcılarda günah görmürəm. Sənətkarlarımız efirə çıxsınlar. Bizim səhnəmiz, efirlərimiz, verilişlərimiz belə olmamalıdır. Dəyərli sənətkarlarımız var. Siz kənara çəkildikcə, meydanı bilirsiniz kimlərə vermisiniz? Demək, istəmirəm. Həm Xalq, həm Əməkdar artistləri, həm də fəxri adı olmayan böyük sənəti və səhnə mədəniyyəti olan xanəndələrimiz, müğənnilərimiz. Sizdən çox xahiş edirəm ki, efirə çıxın. Belə getsə, hər şey itəcək. Amma biz bu deyilik axı. Çəkilməyin kənara, efirə çıxın" deyə, Nazənin vurğulayıb.