Aktyor AZAL-dan şikayət etdi

Aktyor AZAL-dan şikayət etdi
1096 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kamran Ağabalayev "Azərbaycan Hava Yolları"ndan şikayət edib. 

Axşam.az xəbər verir ki, o, AZAl təyyarəsinin planlaşdırılan vaxtdan tez uçuş etdiyini və oğlunun Mahaçkalada qaldığını söyləyib:

"Dünən 02:20-də Mahaçkaladan Bakıya uçmalı olan təyyarə necə olursa 21:50-də uçur. Oğlum qalır Mahaçkalada, gecə şəhərə dönüş, otel axtarışı, əlavə xərclər... Dünən 01:00-dan şirkətlə əlaqə yaratmaq mümkün deyil, saat 12:38-dir, 11 saatdır "Düşüncə" dinləyirəm. Ad qoya bilmirəm bu etdiyinizə. Nə zəngə, nə vatsapa cavab verirlər".