"Emilin vəfatından sonra yatmıram" - Video

"Emilin vəfatından sonra yatmıram" - Video
1551 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:

"Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü".

Aktyor, aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz" sualına isə belə cavab verib: 

"Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.