"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı
2304 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb.

"Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, anam isə deyil. Atam gərginlik yaşamayan, sakit biridir. Amma anam gərginlik keçirir. Pis mənada yox. Məncə bu yaxşı bir şeydir. Anam daha nizam-intizamlıdır. Atam anamla müqayisədə yeni fikirlərə daha açıq biridir. Atam bəyəndiyin bir şey var, al deyirsə, anam ehtiyac yoxdur söyləyir. Bir də atam özü bir şeyi istədiyi üçün bizim də bunu istədiyimizə inandırmağa çalışır. Məsələn, məndən soruşur ki, tost istəyirsən? Deyirəm, yox. Sonra yenə soruşur. Üstümə bir şey geyinirəm, bəyənib-bəyənmədiyini soruşuram. Yox deyir" deyə, İpək ilk dəfə ailəsi haqda danışıb.

İradə qızının fikirlərini "İpək artıq hər şeyin fərqindədir. Gözündən heç nə qaçmır. Sağlıqla böyüsünlər" deyə, təsdiqləyib.

Qeyd edək ki, cütlüyün iki övladı var. Onların ötən gün əvvəl 15-ci evlilik il dönümləri olub.