Aytən Səfərovanın yerinə efirə o çıxır

Aytən Səfərovanın yerinə efirə o çıxır
2236 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova avtomobil qəzasına düşüb və xəsarət alıb. 

Axşam.az-ın məlumatına görə, aparıcı bu səbəbdən "Xəbər ertəsi" proqramında efirə çıxa bilmir. 

Bu gün isə onun yerinə proqrama aparıcı Mehman Rəsulovla birlikdə verilişin redaktoru Ruzana Kərimli çıxıb. M.Rəsulov verilişi bundan sonra R.Kərimli ilə birlikdə aparacaqlarını söyləyib.

Qeyd edək ki, hadisə ötən gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.