Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Övladlarından Bəsdi Sevdiyevaya qadağa
2292 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər.

Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyeva bunları əlavə edib:

"Evdə mənə deyiblər ki, kövrəlmək, ağlamaq olmaz. Olmayacaq. Oqtay məni səhnədə bəyənib almışdı".

Qeyd edək ki, Oqtay ötən il Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İfaçının iki övladı var.