"Saxta profillə məni izləyib, təkrarlayırlar"

"Saxta profillə məni izləyib, təkrarlayırlar"
1265 dəfə oxunub
  • A-
  • A
  • A+

"Məni təkrarlayanlar var. Bunu izləyicilərim də yazır. Hərdən izləyicilərimiz bununla bağlı görüntülər atırlar. Bəziləri isə yazır ki, səhər oyananda anama "Günaydınlarca, günaydın" deyirik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə deyib. Sosial şəbəkədə video yayımlayan Lətifə bir çox sənət adamının onu təkrarladığını iddia edib:

"Yazırlar ki, səni təkrarlayırlar, kosmetikanı edirlər. Məndən sonra kosmetika işinə girmək istəyənlər, xeyirli olsun. Amma başlayırlar ki, zaman alır. Bir işi görəndə faydalı olmağı düşünün. Təbii ki, hamısı zaman alır. Ola bilər ki, biz birinci etdik. Minlərcə yaxşı mesajlar aldıq. Buna böyük məbləğ qoydum, kimyagərlər cəlb etdik.

Xoşuma gəlir ki, təkrarlayırlar. Özünüz olun, elə edin ki, insanlar sizi mənə atıb deməsin ki, səni təkrarlayırlar. Məni saxta profillərdən izləyirlər, öz hesablarından izləmirlər. Öz proflinizdən izləyin və bəyənin ki, halallıq olsun".