Almaz Ələsgərovadan rusiyalı məşhurlara maraqlı hədiyyə - Video

Almaz Ələsgərovadan rusiyalı məşhurlara maraqlı hədiyyə - Video
1249 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Almaz Ələsgərova “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə,  A.Ələsgərova Rusiyanın Xalq artisti Stas Mixaylova şəkərbura, paxlava və qoğal hədiyyə edib. O, şirniyyatları özü bişirdiyini vurğulayıb.

Almaz Ələsgərova üzərində "Salam, Andrey!" yazılan şəkərburanı isə Malaxova verib. O, verilişdə müğənni Emil Heydərovla birgə Mixaylovun repertuarından mahnılar ifa edib.

Qeyd edək ki, verilişin buraxılışı S.Mixaylovun 55 illik yubileyinə həsr olunub.