Komaya düşən aparıcı vəfat etməyib - Yenilənib

Komaya düşən aparıcı vəfat etməyib - Yenilənib
3107 dəfə oxunub
  • A-
  • A
  • A+

4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.

***

Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a Quba Mərkəzi rayon Xəstəxanasından bildirilib.

Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".