İsti havada orqanizminizin su itkisinə diqqət edin

İsti havada orqanizminizin su itkisinə diqqət edin
323 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayın qızmar istisi daha çox qocalara, 5 yaşa qədər uşaqlara, hamilə qadınlara, artıq və ya az çəkidən əziyyət çəkən insanlara təsir edir. Mütəxəssislər xüsusilə istilik vurmalarına qarşı xəbərdarlıq edirlər.

Axşam.az xəbər verir ki, isti havalara qarşı hər kəsin diqqətli olması və tədbir görməsi lazım olduğunu mütəxəssislər dönə-dönə vurğulayırlar. Yay mövsümünə görə gündəlik vərdişlər dəyişdirilməli, bədəni sərin tutaraq su itkisinin qarşısı alınmalıdır. Günorta yeriyən və ya idman edənlər səhər tezdən və ya axşam saatlarına üstünlük verməlidirlər. Xüsusən də bol su istehlak edilməlidir.

Tərli və soyuq dəri, yorğunluq, susuzluq hissi, əzələ krampları, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və sidiyin qaralması günvurmanın əlamətləridir. Bildirilir ki, hərarət artmaqda davam edərsə, dəri quruyur, qızarır və qaşınır, bədən istiliyi yüksəlir, tənəffüs və nəbz sürətlənir, davranış pozğunluqları və çaşqınlıq yarana bilər.

Damarların genişlənməsi səbəbiylə qan təzyiqi aşağı düşür və ürək bədəndə qan dövranını təmin etmək üçün daha sürətli və daha sıx işləməli olur. Bu vəziyyətdə sızma səbəbiylə ayaqlarda səpki və ya şişlik meydana gələ bilər. Damarlar qan təzyiqi daha da aşağı düşərsə, həyati orqanlara kifayət qədər qan çata bilməz və infarkt riski artır. Bu səbəbdən bədəndə həm maye, həm də duz itirilir və onlar arasında tarazlıq yaranır pozulur. Bu problem qan təzyiqinin azalması ilə yanaşı, istilik tükənməsi deyilən problemə səbəb olur.

Mütəxəssislər bildirir ki, mümkün qədər günorta saatlarında çölə çıxmamağa diqqət yetirilməlidir. Günün ən isti saatlarında çöldə vaxt keçirməməlisiniz. Xüsusilə günəş şüalarının şaquli olduğu saat 10.00-16.00 arasında mümkün olduğu qədər sərin yerlərdə qalmalısınız. Kondisioner varsa ev mühitində temperaturun 24-25 dərəcə təyin edilməsinə diqqət yetirilməlidir.

Vitamin və minerallarla zəngin olan və eyni zamanda maye itkisinin qarşısını alan aşağıdakı 12 qidanı isti havalarda istehlak etməyi təklif edib:
1- Misir
2- Buzlu qəhvə
3- Pomidor
4- Moruq
5- Qaragilə
6- Çiyələk
7- Balqabaq
8- Qovun
9- Qarpız
10 - Albalı
11- Yaşıl lobya
12- Buzlu çay