"Susun, danışsam pis olacaq" - Tolik hədələdi

"Susun, danışsam pis olacaq" - Tolik hədələdi
2232 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Toylar kralı" yarışmasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, Tolik layihə ilə bağlı deyilənlərə cavab verib. O, sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:

"Buradan yazanlara deyirəm: "Toylar kralı" yarışmasına heç kimin sözünün keçməsinə icazə vermədim. Kimsə ağzının qatığını dağıdar, güvəndiyi kim olursa olsun payını verərəm. Heç kim mənim nə ağamdır, nə də mən kiminsə sözü ilə oturub-duranam. Kişiliyiniz, hünəriniz çatır üzümə deyin. Güvəndiyiniz dağlara elə qar yağdıraram ki, adınız yadınızdan çıxar. Münsiflərimin dırnağının bildiyini sizin manıslar bilmir. Ona görə də susun, mən danışsam pis olacaq".