Hüseyn Həsənovun daha bir biznesi çökdü

Hüseyn Həsənovun daha bir biznesi çökdü
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiyada qurduğu biznesləri bir-bir çökməyə davam edir. 

Axşam.az xəbər verir ki, vergi orqanları ilə problemlərdən sonra Hüseyn Həsənov  “Mışleniye milyonera” informasiya kursları satan biznesini dayandırmalı olub. 

Bundan əvvəl onun vergi orqanlarına 153 milyon rubl (təxminən 3 milyon manatdan çox) borcu olduğu üçün hesablarının bloklandığı bildirilib. 

"KP.RU" saytının yaydığı məlumata görə, Hüseyn həmçinin 70% paya sahib olduğu "Banda MMC" şirkətinin təsisçilərindən ayrılıb. Yoxlamalara görə, ötən il şirkət 79 milyon rubl gəlir əldə edib, xalis mənfəəti isə 63 milyon rubl olub. Şirkət konsaltinq və məlumat xidmətlərinin göstərilməsi ilə məşğul idi.

Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Lakin nəşrin görə, bloger 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və hələ də dövlətə 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcludur.

Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.

Hüseyn uzun müddətdir Rusiyanı tərk edib. O, Dubay və Azərbaycanda yaşayır.