Hər gün qarpız yeməyin xeyri

Hər gün qarpız yeməyin xeyri
1793 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay mövsümü meyvələrlə zəngin olur. İsti havaların vazgeçilməz meyvəsi isə qarpızdır. Qarpız həm susuluğu yatızdırır, həm də min bir dərdin dərmanıdır.

Axşam.az xəbər verir ki, qarpızın saymaqla bitməyən faydaları var. 

1. Qarpız immuniteti gücləndirir. yay qripindən qorunmaq istəyənlər tez-tez qarpız yesin.

2. Göz sağlamlığı üçün çox əhəmiyyətli meyvədir.

3. Yayda susuzluğu aradan qaldırmaq üçün mükəmməl bir meyvədir.

4. Sidik qovucudur. Bədənin zərərli toksinlərini çölə atmağa kömək edir. Qaraciyəri təmizləyir, böyrək funksiyalarını tənzimləyər.

5. Qarpız B6 və B1 vitaminləri və təbii enerji gücləndiricilərinə malikdir. Maqnezium və kalium kimi mineralların zəngin mənbəyidir.

6. Qarpızın tərkibində A, C və B1 vitaminləri vardır. Kalium baxımından zəngindir. Bundan başqa, tərkibinə üzvi turşular, təbii şəkər və antioksidanlar daxildir.

7. Qarpızda C vitamini, likopen, beta-karoten, lutein, zeaksantin və kriptoksantin kimi antioksidanlar olduğu üçün yaşlanma və digər xəstəliklərin qarşısını almaqda əhəmiyyətli bir qoruyucudur.

8. İçində olan amin turşusu, maqnezium qan təzyiqini tarazlıqda saxlayar. Təzyiqi nizamlayır və ürək problemlərinə qarşı mübarizə aparır.