Nura: "Həyat yoldaşım aliment ödəmir"

Nura: "Həyat yoldaşım aliment ödəmir"
2827 dəfə oxunub
  • A-
  • A
  • A+
“Oğlum Londonda oxuyur. Onun üçün darıxıram. Bu səbəbdən də tez-tez onun yanına gedib-gəlirəm. Digər övladlarımı da burada ödənişli məktəblərdə oxuduram. Mən ailənin başçısıyam, övladlarımı dolandırıram. Bütün qazancımı onlara sərf edirəm. Ona görə də sənətə çox pul xərcləyə bilmirəm. Bizim şou-biznesdə pulu ancaq toydan və şou proqramdan qazanmaq olur. Albom, konsert hamısı boş xərc aparır. Həyat yoldaşım da heç bir aliment ödəmir. Hələ də boşanma prosesimiz uzanır”.

Axşam.az-ın müxbirilə söhbətində bu sözləri müğənni Nura deyib.

Nura bildirib ki, bu il bayramı Bakıda keçirəcək:

“Hər dəfə yeni ili xarici ölkədə qarşılayırdım. Oğlum Londondan döndüyü üçün Bakıda qalası olduq. Həm də yeni ilin ilk günlərində bir mahnı hazırlamaq istəyirəm. Mən gündə bir mahnı oxumağı xoşlamıram. Xaricdə olduğu kimi ildə dörd mahnı və bir-iki klip mənə kifayət edər. Digər müğənnilər kimi çox, amma maraqsız işlər görmək istəmirəm. Mən keyfiyyətli işlərə üstünlük verirəm”.