Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı müxtəlif tədbirlərlə çıxış edəcək.
Axşam.az xəbər verir ki, bu barədə İttifaqın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 24-ü saat 12:00-da İttifaqın Konfrans zalında “Üzeyir Hacıbəyli - akademik” mövzusunda elmi konfrans reallaşacaq. Sentyabrın 25-i saat 15:00-da İttifaqın Üzeyir Hacıbəyli konsert salonunda bəstəkarların yeni əsərlərindən ibarət kamera-instrumental konserti keçiriləcək.
Tədbirlərə giriş sərbəstdir.