Naxçıvan MR mədəniyyət nazirinin müavinlərinin sayı artırıldı

Naxçıvan MR mədəniyyət nazirinin müavinlərinin sayı artırıldı
371 dəfə oxunub
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, bu Fərmanı sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.