Berluskoninin diş həkimi çimərlikdə belə görüntüləndi

Berluskoninin diş həkimi çimərlikdə belə görüntüləndi
4589 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyanın 76 yaşlı sabiq baş nazirinin keçmiş sevgilisi kimi adı hallanan cazibədar maneken Nikola Minetti  yeni il tətili üçün yollandığı Mayamidə fotoqrafların diqqətindən yayınmayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gizlincə fotolarının çəkildiyini hiss edən maneken sahili tərk etmək qərarına gəlib.

Lombardiya Əyalət Məclisinin üzvü Nikola Minetti Berluskoni ilə adı hallandığı üçün ötən il məhkəmədə ifadə verib. Maneken sabiq baş nazirə yeni “qızlar” tapmaqdada günahlandırılır.
Xatırladaq ki, 2009-cu ildə baş verən dava nəticəsində dişləri qırılan Berluskoni  onları yenidən bərpa etmək üçün yollandığı diş klinikasında həmin manekenlə tanış olub.

Qeyd edək ki, ixtisasca diş həkimi olan Nikola Minetti Berluskoni ilə birgə adı hallanıb məşhurlaşdıqdan sonra yenidən moda aləminə geri dönüb.