Estetik etdirən azərbaycanlı bloger evində ölü tapıldı

Estetik etdirən azərbaycanlı bloger evində ölü tapıldı
2273 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.

Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Oxu.Az-ın məlumatına görə, Nərmin bloger fəaliyyəti göstərirmiş. O, bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra meyiti tapılıb.