İlkin Həsəninin adından dələduzluq - Foto

İlkin Həsəninin adından dələduzluq - Foto
600 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı İlkin Həsəninin adından dələduzluq edilib. 

Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, tanımadığı şəxs onun dostlarına vatsap vasitəsi ilə yazıb pul istəyir:

"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir. Üstəgəl yerli bank kartı rekvizitlərini atır. Tez bir zamanda görüşənədək, görək bu şir ürəkli kimdir belə".

Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.