TikTok-da təhlükəli trendə qoşulan şəxs həbs olundu

TikTok-da təhlükəli trendə qoşulan şəxs həbs olundu
994 dəfə oxunub
  • A-
  • A
  • A+

TikTok-da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.

Axşam.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.

Belə ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini TikTok sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə TikTok sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir