Qəzada 28 nəfər sağ qalıb - Video+Yenilənib

Qəzada 28 nəfər sağ qalıb - Video+Yenilənib
1965 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, qəza zamanı 6 nəfər sağ qalıb. 

Qeyd edək ki, AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

***

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada 14 nəfər sağ qalıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır. 

***

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb.

***

Qazaxıstan FHN-in ən son məlumatına görə, hadisə zamanı 28 nəfər sağ qalıb.