Qəzada sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır

Qəzada sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır
658 dəfə oxunub
  • A-
  • A
  • A+

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması zamanı sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.

Axşam.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi açıqlayıb.

Həmçinin bildirilib ki, sağ qalanların 10-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.