Qəza yerindən 4 nəfərin meyiti tapıldı

Qəza yerindən 4 nəfərin meyiti tapıldı
959 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi Aktau hava limanına eniş edərkən qəzaya düşüb.

Axşam.az-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, qəza baş verən ərazidə ilkin olaraq 4 nəfərin cəsədi tapılıb.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, 28 nəfərin sağ qaldığı bildirilir.