Qəzada yaralanan şəxsin anası - "Oğlum səs atdı ki, sağam"

Qəzada yaralanan şəxsin anası - "Oğlum səs atdı ki, sağam"
1624 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”.

Axşam.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib.

“Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib.

Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb:

“Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.