Təyyarə qəzasında həlak olan sərnişinlərin siyahısında adı olan Ramin Ağayevlə bağlı maraqlı fakt məlum olub.
Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Qeyd olunub ki, Ramin “Ural Airlines” aviaşirkətində 2 ildir ki, stüard kimi çalışırmış. 28 yaşlı Raminin Rusiya vətəndaşı olduğu və Moskvada yaşadığı bildirilir.
Bildirilib ki, o, dekabrın 24-də 6 yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçubmuş. Ramin Bakıdan Qroznıya, oradan da Moskvaya uçmalı, dekabrın 26-da isə təyyarə bələdçisi kimi işə çıxmalı imiş.

