Yaralılardan biri reanimasiyaya yerləşdirilib

Yaralılardan biri reanimasiyaya yerləşdirilib
510 dəfə oxunub
  • A-
  • A
  • A+

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə "Reporta"a Yeni Klinikadan bildirilib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.