Qəzada yaralananlar arasında qəlpə yarası alan olub? - Nazir açıqladı

Qəzada yaralananlar arasında qəlpə yarası alan olub? - Nazir açıqladı
763 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmaması haqda sualları cavablandırıb.

Axşam.az xəbər verir ki,  səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən xəsarətlərin əsasən travmatik olduğunu bildirib.

“Onların hansı səbəbdən xəsarət aldıqlarını - qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik. Bu özü ayrı araşdırmanın mövzusudur, əsasən sınıq və küt travmalar var" deyə, nazir qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.