“Romeo və Cülyetta” filmində “Cülyetta” obrazını canlandıran məşhur aktrisa Oliviya Hassi dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, aktrisa 73 yaşında xərçəng xəstəliyindən vəfat edib. Bu haqda onun instaqraç hesabında yaxınları yazıb. Bildirilib ki, Oliviya sevdiklərinin əhatəsində ölüb.
Qeyd edək ki, Hassi süd vəzi xərçəngindən əziyyət çəkib. Ona ilk dəfə bu diaqnoz 2008-ci ildə qoyulub.
Aktrisa, həmçinin “Jesus of Nazareth” mini serialında, “Qara Milad” və “Nildə Ölüm” filmlərində rol alıb. Hassi “Romeo və Cülyetta” filmində rol aldığı zaman onun 15 yaşı olub.
