Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
731 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.

Axşam.az FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.

Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.

Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.