Azər Baxşəliyevin durumu ilə bağlı xəstəxanadan - Açıqlama

Azər Baxşəliyevin durumu ilə bağlı xəstəxanadan - Açıqlama
5549 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Axşam.az-a bildirib ki, aktyorun ürək fəaliyyəti yenidən bərpa olunub və hazırda onun vəziyyəti ağır kritik olaraq qalır:

"Xəstə koma vəziyyətində xəstəxanaya daxil olub. Lakin daha sonra müdaxilələrə baxmayaraq xəstənin ürəyi dayanıb. Bununla bağlı məlumat yaydıqdan dəqiqələr sonra bəlli oldu ki, həkimlərin səyləri nəticəsində xəstənin ürək döyüntüləri bərpa edilib. Hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Reanimasiyadadır, vəziyyəti ağır kritik olaraq qalır".