Qar yağır, şaxta var

Qar yağır, şaxta var
10311 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 18-i saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, yanvarın 18-i saat 17:00-a olan məlumata əsasən hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır.

Qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Qrız, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran  rayonlarında 14, dağlıq rayonlarda 1, Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.