"Müğənnilər qədər həyat yoldaşının qədrini bilən yoxdur"

"Müğənnilər qədər həyat yoldaşının qədrini bilən yoxdur"
511 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gövhər Rzayeva cəmiyyətdə müğənnilərə qarşı yanlış fikir formalaşdığını deyib.

Axşam.az xəbər verir ki, qarmon ifaçısı "Zaurla Günaydın" verilişində sənət adamları ilə evlənməyin birmənalı qarşılanmadığını söyləyib:

"Sonra deyirlər, müğənniləri almayın. Müğənnilər kimi ailəcanlı, yoldaşının, hər şeyin qədrini bilən, yemək bişirən olmayıb".

Aparıcı Zaur Baxşəliyevin "Guya, səni aldılar" sualına "Məni alan aldı. Üstümdə dava gedirdi" cavabını verib.