İftar menyusunda bu gün

İftar menyusunda bu gün
463 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Əriştəli pendir şorbası

Ərzaqlar:
Süd - 2,5 x/q.
Yumurta - 3 ədəd
Duru pendir - 3 stəkan
Yağ - 1 x/q.
Toyuq filesi - 10 qr.
Soğan - 1 ədəd
Duz zövqə görə
Ət bulyonu

Hazırlanması:
Bir qaba südü və yumurtanı əlavə edib, yaxşıca qarışdır. Üzərinə pendir və duz əlavə edib, qarışdırmağa davam et. Yağda onu blinçik kimi qızartdıqdan sonra, sobada 10 dəqiqə bişir. Soyuduqdan sonra əriştə formasında doğra. Kənarda xırda doğranmış soğanı yağda qızardıb, üzərinə bişmiş toyuq filesini əlavə et. Bir az qovurduqdan sonra əriştəni və bulyonu töküb bişir.

"Qəlyə"

Ərzaq:

Sümüksüz ət - 1 kq.
Soğan - 1 kq.
Şobalıd - 1 kq.
Nar - 2 ədəd
Yağ - 1 stəkan
Ət suyu - 1,5 stəkan
Düz və qara istiot zövqə görə

Hazırlanması:

Soğanı soyub, uzunsov doğrayıb, yağda azca qızardın. Əti qaynadıb, soyuması üçün kənara qoyun. Şobalıdı qabıqdan çıxarıb, narı dənələyin. Tavaya bir lay soğan, bir lay ət, bir lay şobalıd və nar düzün. Bunu ərzaqlar qurtarana qədər təkrarlayın. Sonra ət suyu, yağ və zövqə görə duz, istiot əlavə edib, suyu çəkilənə qədər bişirin. Süfrəyə isti halda verilir.

"Kartof" pirojnası

Ərzaq:
Sadə peçenye – 700 qr.
Qatılaşdırılmış süd – 1 banka
Kərə yağı – 200 qr.
Kakao – 5 x/q.
Şərab – 3 x/q.

Hazırlanması:
Peçenyeləri ət maşınından keçirin. Yağı otaq temperaturunda yumşaldıb, qatılaşdırılmış süd və şərabla qarışdırın. Əzilən peçenyeləri içərisinə töküb, xəmir halına gətirin. Alınan qarışıqdan balaca parçalar götürüb, kartof formasında düzəldin (üzərinə əzilmiş qoz da tökə bilərsiniz).