Hollivud ulduzu Jan Klod Van Damm Rumıniyada uşaq alverində iştirakda ittiham olunur.
Axşam.az xəbər verir ki, bu barədə Rumıniyanın Pro TV telekanalı məlumat yayıb.
Bildirilib ki, Van Damm Rumıniyadan olan bir neçə gənc qızla vaxt keçirib. Qurbanlarından birinin vəkili Adrian Kukulisin sözlərin görə, aktyor beş rumıniyalı qızla intim münasibətdə olub.
Qeyd olunub ki, hadisələr Kannda baş verib və bunun şahidi olan şəxs də var.
Aksiya ulduzu üçün qızların seçimini rumıniyalı sahibkar Morel Bolea, model agentliyinin sahibi Kasta Morreli apardığı iddia edilir.
Van Damm hələlik məsələyə münasibət bildirməyib.