Müğənni Aynur Dadaşova imkansızlıqdan şikayətlənib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. Sənətçi bir çox ifaçının bahalı maşın sürməsini anlamdığını deyib:
"İndi insana geyim, maşın və görünüşlə dəyər verirlər. İnsanlıq qalır bir tərəfdə. Gözəl səsi, sənəti olanlar qalıb arxa planda. Bahalı maşını, imkanı olanlar ğndədir. Nə qədər qazanırsan çatmır. Mən də hər gün işləyirəm, amma artırmaq olmur. Özümə bahalı maşın ala bilmirəm. 35 ildir sənətdəyəm, amma bahalı maşınım yoxdur. Bunu etmək üçün başqa gəlir olmalıdır".