Mahnı Teatrına yeni direktor təyin olundu

Mahnı Teatrına yeni direktor təyin olundu
1478 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiq ediblər.

Qeyd edək ki, Ü. Bəbirova “İrəli” İctimai Birliyinin və “Azərbaycan Könüllüləri” İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.