Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatrına direktor təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.