Gözəllik salonlarında da yoxlamalar aparılır

Gözəllik salonlarında da yoxlamalar aparılır
328 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.

Axşam.az xəbər verir ki, "Xəzər xəbər" bununla bağlı süjet hazırlayıb. Bildirilib ki, belə salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.