Nəsrin aktyor sevgilisindən ayrıldı

Nəsrin aktyor sevgilisindən ayrıldı
1367 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə sevgilisi, aktyor Pamir Pekinin ayrıldığı iddia olunub.

Axşam.az xəbər verir ki, cütlük qarşılıqlı razılaşaraq bu qərarı alıb. Ayrılığa səbəb Nəsrin olub. Belə ki, onun nizam-intizamlı həyat tərzi ilə aktyorun maraqları üst-üstə düşməyib.

Qeyd edək ki, Nəsrinlə Pamir son olaraq “Sandık kokusu” serialında iki aşiqi canlandırıblar. Onlar iki aydır münasibətdə idi.

Nəsrin daha əvvəl aktyor Gökhan Alkanla nişanlı olub. Onlar ayrılıblar.