Arıqlama dərmanlarından sonra xəstəliyə tutuldu

Arıqlama dərmanlarından sonra xəstəliyə tutuldu
1390 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Robbi Uilyamsa arıqlama dərmanlarından sonra sinqa xəstəliyinə tutulub.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "The Mirror" nəşrinə açıqlamasında bildirib.

İfaçı ətrafdakıların onun arıq olması ilə bağlı narahatlığını xəbərdarlıq kimi qəbul etmədiyini qeyd edib.

Qeyd edək ki, sinqa uzun müddət pəhrizdə C vitamini çatışmazlığından yaranır. Simptomlara yorğunluq, zəiflik, qıcıqlanma, dərinin çatlaması, oynaqlarda, ayaqlarda və ya əzələlərdə ağrı daxildir.