Mixail Yefremov azadlığa çıxdı

Mixail Yefremov azadlığa çıxdı
661 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən rusiyanın Əməkdar artisti Mixail Yefremov şərti azadlığa buraxılıb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmə qərarına əsasən, Yefremov hər ay tənzimləyici orqana məlumat verməli və yaşayış yerini dəyişməməlidir. O, qaydaları pozarsa və ya öz vəzifələrini yerinə yetirməsə, şərti azadlığa buraxılması ləğv olunacaq.

Şərti azadlığa səbəb Yefremovun səhhətinin pisləşməsi olub. Aktyorun vəkili bildirib ki, onun ilk addımı xroniki obstruktiv ağciyər xəstəliyindən müalicə almaq olacaq.

Sonuncu məhkəmə iclasında aktyor bir daha içki içməyəcəyini və maşın sürməyəcəyini bildirib. Ümumilikdə Yefremov 8 illik cəzasının 4,5 ilini həbsdə çəkib.

Qeyd edək ki. 8 iyun 2020-ci ildə Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zaxarov dünyasını dəyişib.