Türkiyəli aktrisa Hande Doğandemir şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktrisanın həmkarı Yusuf Çimlə münasibətdə olduğu iddia edilib. Cütlük artıq 3 aydır sevgilidir.
Onlar münasibətlərini gizli saxlamaq üçün sosial media hesablarından belə bir-birini izləmirlər.