Aktrisadan Mikki Rurka qarşı ittiham

Aktrisadan Mikki Rurka qarşı ittiham
628 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 25 yaşlı aktrisa Bella Torn “Qızıl Qlobus” mükafatı laureatı Mikki Rurku çəkiliş zamanı ona xəsarət yetirməkdə ittiham edib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında bildirib.

O iddia edib ki, bikini nahiyəsində aldığı qançırlar üçün Rurk məsuliyyət daşıyır.  Aktrisa “Qız” filmi üzərində işləyərkən həmkarının onu metal parçası ilə bir neçə dəfə vurduğunu söyləyib.

Aktrisa bu hadisəni karyerasında ən pis hadisələrdən biri adlandırıb.