“Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytsin sərvətini və mirasçılarını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə o, hindistanlı Rac Şamaninin podkastında danışıb. 69 yaşlı Qeyts 106 milyard dollar sərvətinin olduğunu qeyd edib. Milyarder bildirib ki, 3 övladının hər birinə bu sərvətin 1 faizindən azını miras qoyacaq:
"Övladlarım əla tərbiyə, təhsil alıblar, amma varidatın bir faizindən də azını alacaqlar. Qərara gəldim ki, daha böyük miras onlara fayda verməyəcək. Mən onlara öz gəlirlərinə və uğurlarına sahib olmaq, sərvətimin kölgəsində qalmamaq şansını vermək istəyirəm".
Qeyd edək ki, Qeytsin keçmiş həyat yoldaşı Melindadan 2 qızı və bir oğlu var.