Türkiyəli müğənni Bülənt Ərsoyun sahib olduğu sərvətin dəyəri açıqlanıb.
Axşam.az xəbər verir ki, bununla bağlı türk mediasında yazı dərc edilib.
Bildirilib ki, müğənninin təkcə İstanbulda 28 mənzili və 4 ultra lüks villası var. Bundan başqa onun Muğla, Bodrum, Antalya və Marmarisdə villaları yerləşir.
Bülənt İstanbul Fənərbaxçada saunaya sahibdir. Antalya və Fethiyedə yanacaqdoldurma məntəqəsi alıb. 30 metrlik lüks yaxtası var. Onun eyni zamanda tikintidə istifadə edilən kran avtomobilləri var ki, onlar kirayə verilir.