Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva vəfat edib.
Axşam.az-ın məlumatına görə, aparıcının müğənni həyat yoldaşı Doğuş bununla bağlı paylaşım edib.
"Gecə anamızı, mələyimizi itirdik. Acımız böyükdür. İlk əvvəl həyat yoldaşıma, bacı və qardaşlarına, bütün sevənlərinə başsağlığı verirəm" deyə, Doğuş paylaşımında yazıb.
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.
