Rusiyanın Xalq artisti Filip Kirkorovun qızı Alla-Viktoriya Dubaydakı elit internat məktəbindəki həyatından danışıb.
Axşam.az xəbər verir ki, ifaçının 12 yaşlı varisi şəxsi bloqunda otağını nümayiş etdirib və xaricdəki həyatının təfərrüatlarını açıqlayıb. İki çarpayı və iki çalışma otağının göstərildiyi kadrlarda Alla-Viktoriyanın məktəbdə başqa bir şagirdlə bir otaq qaldığı görünüb.
Alla hərdən nizam-intizamı da pozduğunu etiraf edib. Ulduz atası buna görə onu danlamır - o, bütün bunları yeniyetməlik xərcləri kimi qələmə verir.