"Casus Harriet" filmi ilə tanınan aktrisa Mişel Traxtenberqin ölüm səbəbi 2 ay sonra bəlli olub.
Axşam.az xəbər verir ki, Nyu-York Tibbi Ekspertizası 39 yaşlı aktrisanın şəkərli diabet ağırlaşması nəticəsində vəfat etdiyini açıqlayıb.
Traxtenberqin cəsədi dini səbəblərə görə yarılmasa da, ekspertlərə onun vəfatının səbəbi haqda yekun nəticə çıxarıblar. Lakin həkimlər sənətçinin hansı tip diabetdən əziyyət çəkdiyini dəqiqləşdirməyiblər.
Qeyd edək ki, aktrisa Manhettendəki evində ölü halda tapılmışdı.